“Kəpəz” polisə görə cərimə ödəyəcək
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:
1-ci divizionun 12-ci turunun “Zirə-2” – “Zaqatala” oyununda “Zirə-2” komandasının oyunçusu Elmar Rəhimov matçın 37-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılıb və klub 20 manat cərimə edilib.
“Sumqayıt-2” – “Qarabağ-2” oyununda təcili tibbi yardım maşını oyuna təyin olunan vaxtdan gec gəldiyinə görə “Sumqayıt-2” komandası 160 manat cərimə edilib.
“Kəpəz-2” – “İmişli” oyununda polis əməkdaşı oyun öncəsi iclasa gecikdiyinə görə “Kəpəz-2” 40 manat cərimə edilib.
Oyunda təcili tibbi yardım maşını matça təyin olunan vaxtdan gec gəldiyinə görə “Kəpəz-2” komandası 160 manat cərimə edilib.
“Qəbələ-2” – “Səbail-2” oyununda “Səbail-2” komandası oyunun protokolunu vaxtında təqdim etmədiyinə görə 80 manat cərimə edilib.
“Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə edilib.
MOİK – “Mingəçevir” oyununda təcili tibbi yardım maşını oyuna təyin olunan vaxtdan gec gəldiyinə görə MOİK klubu 160 manat cərimə edilib.
“Araz Naxçıvan” – “Qaradağ Lökbatan” oyununda “Araz Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə edilib.
Bizi Facebook-da izləyin