“Kəpəz” “Neftçi”nin futbolçusunu icarəyə götürdü 

“Kəpəz” klubu daha bir futbolçunu heyətinə cəlb edib.

Komanda.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohori Gəncə təmsilçisinə keçib. Bu barədə klubun mətbuat xidməti məəlumat yayıb.

24 yaşlı oyunçu mövsümün sonuna kimi icarə əsasında “sarı-göylər”in formasını geyinəcək.

Ohori ötən mövsümün ilk yarısını Litvanın “Transinvest”, ikinci hissəsini isə “Neftçi”də keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button