
“Kəpəz”də yeni futbolçu
“Kəpəz” heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az xəbər verir ki, “sarı-göylər” gənc yarımmüdafiəçi Baxşəli Baxşəliyevi heyətinə qatıb. Bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Baxşəliyevlə mövsümün sonuna kimi müqavilə bağlanıb.
Yarımmüdafiəçi son olaraq 1-ci divizionda “Qaradağ Lökbatan”ın formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin