“Kəpəz” ev oyununu Bakıdakı stadionda keçirəcək
“Kəpəz” Azərbaycan Premyer Liqasının 28-ci turunda “Qarabağ”la ev oyununu Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.
Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Gəncə təmsilçisinin stadionunda əsaslı təmir və yenidənqurma işləri aparılan “Kəpəz”in müraciəti, “Qarabağ” klubunun razılığı ilə bu qərar qəbul edilib.
Azərbaycan Premyer Liqası, 28-ci tur
29 mart
16:30. Qəbələ – Neftçi
Qəbələ şəhər stadionu
19:00. Kəpəz – Qarabağ
Tofiq Bəhramov adına Respublika stadionu
30 mart
16:30. Səbail – Turan Tovuz
“ASCO Arena”
19:00. Sabah – Zirə
“Bank Respublika Arena”
31 mart
18:00. Sumqayıt – Araz-Naxçıvan
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin