
“Kəpəz” braziliyalı futbolçu ilə müqavilə bağladı
“Kəpəz” daha bir futbolçunun transferini reallaşdırıb.
Komanda.az xəbər verir ki, Viktor Braqa “Kəpəz”in şərəfini qoruyacaq.
Braziliyalı ilə 1+1 illik müqavilə bağlanıb.
Viktor cinah yarımmüdafiəçisi mövqeyində oynayır. 23 yaşlı oyunçunun son klubu vətənində D Seriyasından “Aqiya di Maraba” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin