
“Kəpəz” 3 futbolçu ilə yollarını ayırdı
“Kəpəz” klubu üç futbolçusu ilə yolları ayırıb.
Bu barədə Komanda.az-a Gəncə təmsilçisinin mətbuat xidmətindən bildirilib.
Müqaviləsi başa çatan Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərov komandanı tərk edib.
Manafov ötən mövsüm 28 çempionat matçında meydana çıxaraq 2 qol vurub, eyni sayda məhsuldar ötürmə müəllifi olub. “Kəpəz”də iki mövsüm keçirmiş Nicat Süleymanov 20 oyunda 1 qolla yadda qalıb. Yarımmüdafiəçi 2022/2023 mövsümdə 28 oyunda 2 dəfə fərqlənib.
Gəncə təmsilçisində icarə əsasında çıxış etmiş və iki mövsüm keçirmiş Camal Cəfərov isə son çempionatda 31 matçda 2 qolla yadda qalıb. O, bundan əvvəlki mövsümdə 11 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



