Kənan Əliquliyev də ən güclü oldu
Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatında ikinci yarış günü davam edir.
Komanda.az xəbər verir ki, kişilər arasında 81 kq çəki dərəcəsində fəxri kürsüyə yüksələn atletlərin adları məlum olub.
Azərbaycan çempionu tituluna toplam 296 kq (131+165) nəticə göstərən Kənan Əliquliyev layiq görülüb. Sonrakı yerləri müvafiq olaraq toplam 289 kq (130+159) nəticə ilə Orxan Zeynalov və toplam 280 kq (122+158) nəticə ilə Füqan Əliyev tutub.
Azərbaycan çempionu adını qazanan Əliquliyev yarışdan dərhal sonra fikirlərini AAAF TV ilə bölüşərək ölkə çempionatının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb:
“Yarış çox yaxşı keçir. Qarşıda mötəbər turnir olan Avropa çempionatı var və orada da nəticə qazanmaq istəyirik. Davam edən ölkə çempionatında rəqiblərimin çıxışı da yaxşı idi, amma onları üstələyərək çempion adını qazana bildim”.
Bizi Facebook-da izləyin