Azərbaycanlı boksçu Avropa çempionatının finalında
Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyində yarımfinal döyüşlərinə start verilib.
Boks federasiyasından Komanda.az-a verilən məlumata görə, finala gedən yolda Azərbaycan millisinin heyətində rinqə ilk olaraq Kənan Babayev çıxıb. Əvvəlki mərhələlərdə türkiyəli Telet Yağlı və gürcüstanlı Oruc Əhmədova qalib gələn ölkə çempionu, yarımfinalda irlandiyalı Tedi Coysla qarşılaşıb. 48 kq çəki dərəcəsində baş tutan döyüş Babayevin qələbəsi ilə yekunlaşıb. O, rəqibini 5:0 (28:27, 28:27, 29:26, 28:27, 28:27) hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.
Bununla da, Azərbaycan yığması üç illik fasilədən sonra analoji yarışın həlledici görüşündə təmsil olunacaq.
Kənan sabah keçiriləcək çempionluq döyüşündə polşalı Nikolas Marsel Pavliklə qarşılaşacaq.
Bizi Facebook-da izləyin