Kyezanın “Liverpul”dan xahişi

“Liverpul”un futbolçusu Federiko Kyeza komandasını dəyişmək istəyir.

Komanda.az “Mirror Sport”-a istinadən xəbər verir ki, italiyalı futbolçu daha çox oyun vaxtı əldə etmək üçün “Liverpul”dan onu yanvarda icarəyə verməsini xahiş edir.

İngiltərə klubu Kyezanı buraxmağın əleyhinə deyil, ancaq heç kim onun maaşının yarısını belə, verməyə hazır deyil. Ona ən çox maraq göstərən klublar “Napoli”, “Milan” və “Roma”dır.

27 yaşlı yarımmüdafiəçi bu mövsüm “Liverpul”da 4 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə edib. Onun mersisaydlılarla müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button