Kyeza üçün maaş əngəli

İtaliya klubları “Liverpul”un cinah oyunçusu Federiko Kyeza ilə müqavilə imzalamaqda çətinlik çəkəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” 27 yaşlı futbolçu üçün əsas namizəd hesab edilir. Lakin onun maaşı A Seriyası təmsilçisi üçün çox yüksəkdir. “Milan” rəhbərliyi Kyeza üçün ildə 7,5 milyon avro ödəməyə hazır deyil. Mümkün həll yolu zəmanətli ödənişlər əvəzinə müqaviləyə bir sıra bonusların daxil edilməsidir və maaşın daha uzun müddətə bölüşdürülməsi də mümkündür. Çox şey İtaliya klubunun bu yay satışlardan nə qədər qazanacağından asılı olacaq.

Futbolçu ilə “Napoli” də maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button