“Bayern” və “Napoli”nin “radar”ındakı hücumçu
“Yuventus”un hücumçusu Federiko Kyeza gələn ilin yayında başa çatacaq müqaviləsini yeniləməyə tələsmir.
Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, italiyalı forvardın xidmətində “Napoli” və “Bayern” maraqlıdır.
“Yuventus” Kyezanın mümkün gedişi ilə ötən mövsümün ikinci yarısında Dortmund “Borussiya”sında icarə əsasında çıxış edən “Mançester Yunayted”in yarımmüdafiəçisi Ceydon Sançonu almağa çalışacaq. Maaş tələbləri yüksək olduğundan, ingiltərəli futbolçunu dəvət etmək çətin olacaq.
26 yaşlı Kyeza İtaliya A Seriyasının son mövsümündə 9 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin