
“Yuventus” Kyezaya əvəzləyici tapıb
“Yuventus” “Ayntraxt”ın (Frankfurt) və Danimarka milli komandasının yarımmüdafiəçisi Yesper Lindströmlə maraqlanır.
Komanda.az “La Gazetta dello Sport”-a istinadən xəbər verir ki, “qoca sinyora” danimarkalı oyunçunu Turin klubunu tərk edəcəyi gözlənilən Federiko Kyezanın əvəzləyicisi kimi görür.
Lindström 2022/23 mövsümündə Almaniya Bundesliqasında 27 oyuna çıxıb, yeddi qol vurub və dörd məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin