İtaliya klubu Kyeza üçün danışıqlara start verib

“Liverpul”un yarımmüdafiəçisi Federiko Kyeza A Seriyasına qayıda bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” futbolçu ilə maraqlanır. İtaliya klubu Kyezanın transferi ilə bağlı danışıqlar aparır və oyunçunun özü də bu addımın əleyhinə deyil. Lakin tərəflər şərtlərdə razılaşmırlar: “Milan” onu icarəyə götürmək niyyətindədir, “Liverpul” isə oyunçunu tam satmağa üstünlük verir.

27 yaşlı yarımmüdafiəçi 2024-cü ilin yayında 12 milyon avroya “Yuventus”dan “Liverpul”a keçsə də, özünü təsdiq edə bilməyib. O, Premyer Liqada 6 oyun keçirib və qol vurmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button