Kyeza zədəsini sağaldıb

“Liverpul”un futbolçusu Federiko Kyeza üçün “tunelin sonunda” işıq var.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu ümumi qrupla məşqlərə qayıdıb və UEFA Çempionlar Liqasında “Liverpul”un “Real”la bugünkü oyunu üçün heyətə daxil ola bilər.

Kyeza İngiltərə klubuna keçdikdən sonra indiyədək mersisaydlıların forması ilə cəmi 3 oyun keçirib. O, “Real”la oyun üçün heyətə düşsə, böyük ehtimalla, İngiltərə çempionatı çərçivəsində bazar günü “Mançester Siti”yə qarşı oynayacaq.

27 yaşlı hücumçu əvvəllər “Yuventus” və “Fiorentina”da çıxış edib. O, sentyabrın sonunda zədələnmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button