“Yuventus” Kyezanı satmağa hazırdır
“Yuventus” hücumçusu Federiko Kyeza üçün təklifləri dinləməyə hazırdır.
Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, baş məşqçi Massimiliano Alleqri yayda postunu tərk edərsə, italiyalı futbolçunun satılma ehtimalı xeyli artacaq.
Kyezanın adı əvvəllər iki İngiltərə klubu ilə – “Liverpul və “Nyukasl”la yanaşı hallanırdı. Forvard uğrunda mübarizədə hansı klubun daha üstün olduğu hələ məlum deyil.
Kyeza bu mövsüm A Seriyasında 7 qol vurub və 1 məhsuldar ötürmə edib. 26 yaşlı futbolçu “Yuventus”a 2020-ci ildə “Fiorentina”dan keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin