“İnter” “Yuventus”un futbolçusunu arzulayır – Amma pul xərcləmək istəmir

“Yuventus”un hücumameyilli yarımmüdafiəçisi Federiko Kyeza Turin klubunu tərk edə bilər.

Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, “İnter” italiyalı futbolçunu transfer etməkdə maraqlıdır. Bununla belə, Milan klubu 26 yaşlı yarımmüdafiəçi üçün pul xərcləmək istəmir. A Seriyasının son çempionu gələn il Federikonu yalnız azad agent kimi almağa hazırdır.

Kyeza 2022-ci ilin yayından “Yuventus”da çıxış edir. Tərəflər arasındakı müqavilə 2025-ci ilin iyunun sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button