
Kyeza İspaniya klubuna keçə bilər
“Liverpul”un vingeri Federiko Kyeza Premyer Liqanı La Liqaya dəyişə bilər.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, “Atletiko” italiyalı futbolçu ilə maraqlanır. Madrid klubu bu yay komandanı tərk edə biləcək Anxel Korreaya alternativ olaraq Kyezanı nəzərdən keçirir. Klub onun həm tam transferini, həm də icarəsini nəzərdən keçirməyə hazırdır.
27 yaşlı futbolçu 2023/24 mövsümündə Premyer Liqada 6 oyun keçirib və qol vurmayıb. O, “qırmızılar”la birlikdə İngiltərə çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



