“Yuventus” ÇL matçlarını onsuz oynayacaq
“Yuventus” yarımmüdafiəçisi Federiko Kyezanı UEFA Çempionlar Liqası üçün heyətinə daxil etməyəcək.
Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, söhbət yalnız qış transfer pəncərəsi başlamazdan əvvəlki dövrdən gedir. Komanda qrup mərhələsini uğurla keçərsə, 24 yaşlı italiyalı 2022/23 mövsümünün Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarında Turin klubuna kömək edə biləcək.
Bu məsələ “Yuventus”un baş məşqçisi Massimiliano Alleqrinin yarımmüdafiəçinin sağlamlığını riskə atmaq istəməməsi ilə izah edilir.
Kyeza ötən mövsüm “Yuve”nin heyətində bütün turnirlərdə 18 oyuna çıxıb, 4 qol vurub, 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin