
Kyeza Asiya turunda iştirak etməyəcək
“Liverpul”un cinah oyunçusu Federiko Kyeza qarşıdan gələn Asiya turunda iştirak etməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu hazırkı fiziki durumu ilə əlaqədar “qırmızılar”ın heyətinə daxil edilməyib.
Bir gün əvvəl Kyeza “Stok Siti” ilə yoxlama matçının (5:0) ikinci yarısında qol vurub. İngiltərə Premyer Liqasında son mövsüm 27 yaşlı vinger üçün uğursuz keçib. O, cəmi 6 matçda iştirak edib və heç bir qol vura bilməyib.
“Liverpul” Asiya turu çərçivəsində iki oyun keçirəcək: 26 iyulda “Milan” və 30 iyulda “Yokohama Marinos”la.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



