40 yaşlı kapitan karyerasını bitirdi
“Kyevo” klubunun futbolçusu Serco Pellissye karyerasını bitirib.
Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. 2002-ci ildən “Kyevo”da forma geyinən Pellissye, həm də klubun kapitanı idi.
Bu mövsüm A Seriyasında 18 qarşılaşmada iştirak edən 40 yaşlı hücumçu, 4 qola imza atıb. Pellissye 1 dəfə də İtaliya millisində forma geyinib.
Pellissyenin 17 ildir formasını geyindiyi “Kyevo” bu mövsüm A Seriyası ilə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin