Kyellini yenidən “Yuventus”da – Rəsmi

Corco Kyellini “Yuventus”a qayıdıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Turin komandasının keçmiş oyunçusu rəhbərlikdə vəzifə alıb. Kyellini institusional futbol əlaqələri departamentinə rəhbərlik edəcək. O, “Yuventus”un milli və beynəlxalq futbol qurumları ilə əlaqələrinə cavabdeh olacaq.

Kyellini 2005-2022-ci illərdə “Yuventus”da çıxış edib. İtaliyalı keçmiş müdafiəçinin son klubu MLS-də “Los-Anceles” olub. O, 2023-cü ilin sonunda futbolçu karyerasını bitirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button