Kyellininin milli ilə son oyunu
Corco Kyellini İtaliya milli komandasındakı karyerasını başa vuracaq.
Komanda.az xəbər verir ki, bu haqda məlumatı futbolçu özü açıqlayıb. 37 yaşlı müdafiəçi iyunun 1-də Argentina ilə “finalissima” adı altında keçiriləcək qarşılaşmada İtaliya yığması ilə vidalaşacaq:
“Yaxşı durumda olsam, “Uembli”də Argentinaya qarşı görüşdə iştirak edəcəm. Bayram əhval-ruhiyyəli matçda yığma ilə vidalaşmaq istəyirəm”.
İtaliya Avropa çempionu, Argentina isə Cənubi Amerikanın qalibi olduğu üçün bu oyun təşkil edilib. “Finalissima” adlı matç UEFA və KONMEBOL arasında 2028-ci ilə qədər davam edəcək əməkdaşlıq çərçivəsində ilk birgə layihədir.
Kyellini 2004-cü ildən İtaliya millisinin formasını geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin