Kyellini İtaliyaya qayıdır
İtaliyalı keçmiş müdafiəçi Corco Kyellini ABŞ-ı tərk edir. Son olaraq “Los Anceles Qalaksi”də forma geyinən və bu klubun məşqçilər heyətində yer alan keçmiş futbolçu hələ ki, gələcəyi ilə bağlı qərar verməyib.
Komanda.az AS-a istinadən xəbər verir ki, italiyalı sabiq futbolçu tezliklə Turinə qayıdacağını və bundan sonra nə edəcəyinə qərar verəcəyini bildirib:
“Sentyabrda Turinə qayıdacam. Mənim evim oradadır və geri qayıtmaq qərarı ailə şəraiti ilə bağlıdır. İndi gələcək haqqında danışmaq tezdir. Mən enerji və güc toplamalı, sonra qərar verməliyəm”.
Kyellini demək olar ki, bütün karyerasını “Yuventus”da keçirib. O, 2005-2022-ci illərdə Turin komandasının rənglərini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin