
Kyellini İtaliyadan ayrılır
Müdafiəçi Corco Kyellini mövsümün sonunda “Yuventus”u tərk edə bilər.
Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, İtaliya millisinin DÇ 2022-nin pley-off mərhələsində Şimali Makedoniyaya uduzması Kyellininin gələcəyinə təsir edə bilər.
37 yaşlı futbolçu MLS komandalarından birinə keçməyi düşünür. Eyni zamanda, Kyellini həm peşəkar, həm də şəxsi olaraq ABŞ-a köçməkdə maraqlıdır.
Kyellini ötən yay Turin klubu ilə müqaviləsini 2023-cü ilə qədər uzatmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin