
Kyellini ABŞ klubunda məşqçi olacaq
İtaliya millisinin sabiq müdafiəçisi Corco Kyellini “Los-Anceles” akademiyasında məşqçi olacaq.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kyellini oyunçuların inkişafı üzrə məşqçi vəzifəsinə təyin edilib.
39 yaşlı Kyellini 2022-ci ilin iyununda futbolçu kimi “Los-Anceles”ə keçmişdi. O, 2023-cü ilin dekabrında futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin