Kxedira “Yuventus”un planlarını pozdu
“Yuventus”un futbolçusu Sami Kxedira komandadan ayrılmaqdan imtina edib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin klubu ilə müqaviləsi 2021-ci ilin yayında bitəcək alman futbolçu, bu tarixdən əvvəl “Yuventus”dan ayrılmaq istəmir. Həm Kxedira, həm də meneceri ilə danışıqlar aparan “qoca sinyora” futbolçunu müqaviləni ləğv etmək üçün razı salmağa çalışsa da, klubun bu cəhdləri nəticəsiz qalıb. Yarımmüdafiəçi “Yuventus”da qazandığı illik 6 milyon avroluq məvacibdən imtina etmək istəmir.
33 yaşlı futbolçunun müqaviləsini bir il daha artırmaq bəndi də var.
“Yuventus” daha əvvəl planlarına daxil olmayan Qonsalo İquayn və Blez Matuidi ilə müqaviləni ləğv edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin