Sakit, təmkinli Kvaratsxeliya

PSJ-nin yeni futbolçusu Xviça Kvaratsxeliya məşqlərdə fərqlənmir və təmkinli xarakterinə görə, özünə yersiz diqqət cəlb etməyə çalışmır.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, gürcü futbolçu hələ də Fransa futboluna və baş məşqçi Luis Enrikenin ideyalarına uyğunlaşma prosesində olduğunu anlayaraq, yeni komandasının lideri olmağı səbrlə gözləyir.

Kvaratsxeliya yanvarın ortalarında “Napoli”dən PSJ-yə keçib. O, Paris komandasının heyətində 6 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button