“Kvaratsxeliyanı “Real”da görmək istərdim”

“Milan”ın sabiq futbolçusu Kaxaber Kaladze “Napoli”nin və Gürcüstan millisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın Avropa çempionatındakı çıxışını yüksək qiymətləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kaladze, 23 yaşlı futbolçunun İspaniya çempionatında oynamağa layiq olduğunu bildirib:

“Kvaratsxeliyanı “Real”da görmək istərdim. Karlo Ançelotti ən yaxşı məşqçilərdən biridir. O, artıq hər şeyi sübut edib. Ançelotti gənc futbolçuların dostudur. O, futbolçuları düzgün yerləşdirir, lazımi və optimal taktikadan istifadə edir”.

Gürcüstan yığması AÇ-2024-ün pley-off mərhələsinə çıxıb, lakin orada İspaniya millisinə 1:4 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button