Kvaratsxeliya “Atalanta” ilə matçda iştirak edə bilər – Zədəsi sağalıb

PSJ-nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya zədəsini sağaldaraq komandaya qoşulub.

Komanda.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

24 yaşlı futbolçunun zədəsi ciddi olmayıb və o, UEFA Çempionlar Liqasında “Atalanta”ya qarşı keçiriləcək görüşdə komandasına kömək edə bilər. Qarşılaşma sentyabrın 17-də keçiriləcək.

Gürcü futbolçunun oyunda iştirak edib-etməyəcəyi ilə bağlı son qərar PSJ-nin bu axşam məşqindən sonra veriləcək. O, cari mövsümdə Fransa çempionatında 3 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button