“100-cü matçı öz qaydamda qeyd edirəm”
“Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya “Milan”la qalibiyyət oyunundan sonra sosial şəbəkədə paylaşım edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu görüş gürcü futbolçunun “Napoli”də 100-cü matçı idi və oyundan sonra Kvaratsxeliya paylaşım edib:
“100-cü matçı öz qaydamda qeyd edirəm”.
Neapollular səfərdə 2:0 hesabı ilə qalib gəliblər. Kvaratsxeliya bu görüşdə bir dəfə fərqlənməyi bacarıb.
23 yaşlı yarımmüdafiəçi İtaliya çempionatının cari mövsümündə 10 matçda iştirak edib, 5 qol vurub və 2 məhsuldar ötürmə verib. “Napoli” A Seriyasının 10 turunun nəticəsinə əsasən 25 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin