Vurduğu qolu oğluna həsr etdi
İtaliya çempionatının ikinci turu çərçivəsində “Napoli” doğma stadionunda “Bolonya”nı qəbul edib. Antonio Kontenin yetirmələri 3:0 hesablı qələbəni bayram edib.
Komanda.az xəbər verir ki, qollardan birinə imza atan gürcü futbolçu Xviça Kvaratsxeliya sosial şəbəkə hesabında paylaşım edib. O, vurduğu qolu yeni doğulan oğluna həsr etdiyini bildirib:
“Darmian üçün. Komandadan razıyam. Mövsümün ilk üç xalı”.
İki turdan sonra “Napoli” 3 xal toplayıb və A Seriyasının turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin