Kvaratsxeliya “Napoli”ylə anlaşdı
Gürcü futbolçu Xviça Kvaratsxeliya növbəti mövsümdən İtaliyanın “Napoli” klubunda çıxış edə bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Gürcüstan millisinin və Batumi “Dinamo”sunun yarımmüdafiəçisi Xviça Kvaratsxeliya karyerasını “Napoli”də davam etdirəcək. Tərəflər müqavilənin bütün detalları ilə bağlı razılığa gəliblər. “Rubin”in keçmiş futbolçusu növbəti mövsümdən “Napoli”də çıxış edəcək.
Xviça Azərbaycan millisinin keçmiş hucumçusu Badri Kvaratsxeliyanın oğludur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin