“Napoli” gürcü futbolçu ilə danışıqlar aparır
Gürcüstanlı yarımmüdafiəçi Xviça Kvaratsxeliya “Napoli” ilə yeni müqavilə imzalamaq üçün danışıqlar aparır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni müqavilə 2029-cu ilin yayına qədər nəzərdə tutula bilər. Yeni müqaviləyə əsasən, futbolçunun maaşı xeyli artacaq.
23 yaşlı yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Onun transfer qiyməti 80 milyon avrodur.
Kvaratsxeliya bu mövsüm 35 oyun keçirib, 9 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin