
Kvaratsxeliya karyerası ilə bağlı qərar verib
“Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya gələcəyi ilə bağlı qərar verib.
Komanda.az “İl Mattino”-ya istinadən xəbər verir ki, gürcü futbolçu İtaliya klubu ilə yeni müqavilə bağlamaq qərarına gəlib. Danışıqlar zamanı Kvaratsxeliya müqaviləni bir mövsüm artırmaq imkanı ilə 2029-cu ilə qədər uzatmağa razılaşıb. Onun maaşı ildə 5 milyon avro olacaq.
23 yaşlı vingerin “Napoli” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. Onun bazar dəyəri 80 milyon avrodur.
Kvaratsxeliya bu mövsüm 4 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin