Kvaratsxeliya İtaliyada ilkə imza atdı

İtaliya A Seriyasında mart ayının ən yaxşı futbolçusu və baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya geridə qoymaqda olduğumuz ayın ən yaxşısı elan edilib.

22 yaşlı oyunçuya mükafatın bazar günü keçiriləcək “Napoli” – “Milan” matçından əvvəl təqdim olunacağı diqqətə çatdırılıb. Gürcüstan millisinin üzvü səsvermədə Kim Min Jae (Napoli), Armana Loryente (Sassuolo), Adrian Rabyo (Yuventus) və Destini Udoqieni (Udineze) qabaqlayıb.

Yarımmüdafiəçi martda 3 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Xatırladaq ki, Kvaratsxeliya bu mövsüm avqust və fevral aylarının da ən yaxşı oyunçusu seçilmişdi. O, bir mövsüm ərzində 3 dəfə A Seriyasında ayın ən yaxşısı seçilən ilk futbolçu olub.

“Latsio”nun baş məqçisi Mauritsio Sarri isə ən yaxşı məşqçi seçilib. Onun komandası ötən ay keçirdiyi üç oyundan ikisində (“Napoli” və “Roma”ya 1:0) qalib gəlib, birində (“Bolonya”, 0:0) heç-heçə edib – 0:0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button