Kvaratsxeliya İtaliyada ayın ən yaxşısı seçildi
İtaliya A Seriyasında avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az İtaliya Futbol Assosiasiyasının saytına istinadən xəbər verir ki, “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya ötən ayın ən yaxşı oyunçusu seçilib.
Gürcüstan millisinin üzvü avqustda İtaliya çempionatında meydana çıxdığı 4 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Kvaratsxeliya bu yay Batumi “Dinamo”sundan “Napoli”yə keçib. Onun atası Badri Kvaratsxeliya 1997-98-ci illərdə “Kəpəz”də, 1998-2005-ci illərdə isə “Şəmkir”də oynayıb. O, Azərbaycan milli komandasının da formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin