Kvaratsxeliya Gürcüstanda ilin ən yaxşısı seçildi
Gürcüstanda ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, Rusiyanın “Rubin” klubunun yarımmüdafiəçisi Xviça Kvaratsxeliya ölkəsində ilin ən yaxşısı elan olunub.
19 yaşlı futbolçu Gürcüstan Futbol Federasiyası tərəfindən mükafatlandırılıb.
2019-cu ilin yayından Gürcüstan millisinə dəvət alan futbolçu bu mövsüm Rusiya Premyer Liqasında 16 oyuna 2 qol vurub, 5 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Xviça Azərbaycan millisinin, eləcə də “Kəpəz” və “Şəmkir”in sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin