Kvaratsxeliya cəzalandırıla bilər
“Napoli”nin yeni baş məşqçisi Françesko Kalzona komandanın vingeri Xviça Kvaratsxeliyanı cəzalandıra bilər.
Komanda.az “Il Mattino”-ya istinadən xəbər verir ki, gürcüstanlı futbolçunun Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” ilə ilk oyununda (1:1) əvəzlənməyə reaksiyası onun cəzalanmasına səbəb ola bilər.
68-ci dəqiqədə Kalzona Xçivanı Jesper Lindströmlə əvəzləyib. Meydanı tərk edən Kvaratsxeliya məşqçinin əlini sıxmayıb və hamıdan əvvəl stadionu tərk edib.
Bildirilib ki, Kalzona yarımmüdafiəçiyə əsəbiləşib və futbolçu ilə söhbətində onun qərarlarına bu reaksiyasının xoşuna gəlmədiyini açıqlayıb. Klub rəhbərliyi Kvaratsxeliyanı cərimələmək imkanını nəzərdən keçirir və onun İtaliya çempionatının 26-cı turunun “Kalyari” ilə oyununda ehtiyatda qalması ehtimalı da var.
2023/24 mövsümündə Kvaratsxeliya bütün yarışlarda “Napoli”nin heyətində 32 matçda 6 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin