“Çempionlar Liqasını qazanmaq bizim məqsədimizdir” – Gürcü futbolçu

PSJ-nin vingeri Xviça Kvaratsxeliya komandasını Çempionlar Liqasının 1/8 finalına çıxaran “Brest” üzərində 7:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, gürcü futbolçu çox xoşbəxt olduğunu deyib:

“7:0 hesabı ilə qalib gəlmək asan olmadı, amma biz qələbə qazanmağa davam etməliyik. Mən çox xoşbəxtəm, komandamızdan çox təsirləndim.

Çempionlar Liqasını qazana bilərikmi? Bu, bizim məqsədimizdir, buna nail olmaq üçün mümkün olan hər şeyi edəcəyik”.

PSJ “Brest”lə qarşılaşmalarda iki oyunun nəticəsinə əsasən 10:0 hesabı ilə qalib gələrək, Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button