Gürcü futbolçu: “Avropa çempionatı, gəlirik!”

“Napoli”nin və Gürcüstan millisinin cinah oyunçusu Xviça Kvaratsxeliya yığmanın Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmasına münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sosial şəbəkədə belə yazıb:

“Avropa çempionatı, gəlirik!”

Martın 26-da Gürcüstan millisi C yolunun final oyununda Yunanıstanı penaltilər seriyasından sonra məğlub edib (0:0, pen-4:2). Yığma tarixdə ilk dəfə Avropa çempionatına yüksəlib. Komandanın rəqibləri turnirin qrup mərhələsində Portuqaliya, Türkiyə və Çexiya milliləri olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button