
Kvaratsxeliya ata oldu – FOTO
“Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya sosial şəbəkədə oğlu olduğunu açıqlayıb.
Komanda.az gürcü futbolçunun sosial şəbəkə hesabındakı paylaşımına istinadən xəbər verir ki, uşaq avqustun 21-də dünyaya gəlib və onun adını Damian qoyublar:
“Həyatımın ən xoşbəxt günü, 21 avqust 2024-cü il. Damian Kvaratsxeliya”.
23 yaşlı vinger 2022-ci ildən “Napoli”də çıxış edir. O, komandanın heyətində 90 oyun keçirib, 25 qol vurub və 26 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin