
Kvaratsxeliya 2 superklubun hədəfindədir
“Napoli”nin və Gürcüstan millisinin hücumameyilli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya İspaniya çempionatının top-klublarının maraq dairəsində qalmağa davam edir.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 23 yaşlı vinger “Real”ın və “Barselona”nın hədəfindədir.
“Transfermarkt” portalı Kvaratsxeliyanın bazar dəyərini 80 milyon avro olaraq qiymətləndirir. Gürcü futbolçu ilə Neapol klubu arasındakı müqavilə 2027-ci ildə başa çatacaq.
Kvaratsxeliya A Seriyasının cari mövsümündə 13 oyunda iştirak edib, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin