Küveytli hücumçudan dünya rekordu

Küveyt milli komandasının futbolçusu Bader əl-Mutava yığma ilə ən çox oyun keçirən futbolçu ünvanını qazanıb və dünya rekordçusu olub.

Komanda.az xəbər verir ki, 36 yaşlı hücumçu Ərəb kuboku çərçivəsində Bəhreynə qarşı keçirilən oyunda (0:2) iştirak edib. Bu, Bader üçün millidəki 185-ci oyun olub. Hücumçu milli komanda ilə ən çox oyun keçirən futbolçu olub.

Bundan əvvəlki rekord 184 oyunla Misir millisinin sabiq futbolçusu Əhməd Hassana məxsus idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button