“Fulhem”ə keçir – 1 ildir oynamayan futbolçu

PSJ-nin futbolçusu Layvin Kurzava tezliklə “Fulhem”ə keçə bilər.

Komanda.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “tvitter” hesabında məlumat yayıb. London klubu yeni sol cinah müdafiəçisini dəvət etməkdə maraqlıdır və 29 yaşlı futbolçu ilə müqavilə imzalamağa hazırdır. Hazırda tərəflər transferin məbləğini müzakirə edirlər.

Kurzava 2015-ci ildə PSJ-yə keçib. O, sonuncu dəfə meydana bir il əvvəl – 2021-ci il avqustun 1-də, “Lill”lə (0:1) oyun zamanı çıxıb. PSJ-nin o vaxtkı baş məşqçisi Maurisio Poçettino kimi, onu əvəzləyən Kristof Qalte də müdafiəçinin xidmətinə ehtiyac duymur. Müqaviləsi 2024-cü ildə başa çatacaq Kurzava Paris klubundan ayrılmağa hazırdır.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button