
Kurtuanın qayıdışı gecikir
“Real”ın qapıçısı Tibo Kurtuanın meydana qayıtması gecikə bilər.
Belçikalı oyunçu zədə səbəbindən şənbə günü “Leqanes”lə oyunu buraxıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı qolkiperin tezliklə qayıdacağı gözlənilsə də, onun vəziyyəti narahatlıq yaradıb.
Kurtuanın La Liqada “Valensiya” ilə qarşılaşmada iştirakı da sual altındadır. Oyun aprelin 5-də keçiriləcək.
Karlo Ançelottinin komandası bu gün İspaniya kubokunun cavab yarımfinal matçında “Real Sosyedad”la qarşılaşacaq. “Real” ilk oyunda minimal hesablı qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



