“Artıq gəzə və məşq edə bilirəm” – Kurtua
“Real”ın qapıçısı Tibo Kurtua zədəsinin sağaltma prosesi haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, vəziyyətinin yaxşı olduğunu bildirib:
“Mənim sağalmağım çox yaxşı gedir, artıq qoltuq ağacı istifadə etmirəm. Mən artıq gəzə və məşq edə bilirəm. Ümid edirəm ki, mümkün qədər tez qayıdacam”.
Xatırladaq ki, ispaniyalı qolkiperin bu ilin avqustunda sol dizinin ön çarpaz bağı yırtılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin