
Kurtua 3-cü övladının dünyaya gəldiyini açıqladı
“Real”ın qapıçısı Tibo Kurtua qızının dünyaya gəldiyini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçu sosial şəbəkə hesabında özünün, həyat yoldaşı Mişel Herziqin və uşağının əlinin şəklini yerləşdirərək bunları yazıb:
“Dünyaya xoş gəlmisən, bizim balaca Elli. 30.03.2024. Biz səni çox sevirik!”
Kurtua və Herziq keçən yay evləniblər. Belçikalı qolkiperin ispaniyalı Marta Dominqeslə ilk münasibətindən artıq 8 yaşlı qızı Adriana və 6 yaşlı Nikolas adlı oğlu var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin