Kurtua: “Təzyiqlə üzləşəcəyimizi gözləyirdik”

“Real”ın qapıçısı Tibo Kurtua Çempionlar Liqasının yarımfinalının “Mançester Siti” ilə cavab oyununu (0:4) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı qolkiper hücumlar qura, düzgün ötürmələr edə bilmədiklərini söyləyib:

“Rəqibin oyuna başlama tərzi bizim üçün sürpriz olmadı. Təzyiqlə üzləşəcəyimizi gözləyirdik. Hətta topla rahat şəkildə oynamağımıza imkan yaratmayacaqlarını bilirdik.

Hücum qura, düzgün ötürmələr edə bilmirdik. Belə olduqda isə “Mançester Siti” rahatlaşırdı. Fasilədə gedişatı dəyişə biləcəyimizə əmin idik”.

İspaniya klubu iki oyunun nəticəsinə əsasən “şəhərlilər”ə uduzub. “Mançester Siti” həlledici qarşılaşmada İtaliya “İnter”i ilə qarşılaşacaq.

Çempionlar Liqasının final matçı iyunun 10-da, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button