Kurtua qayıtdı
“Real”ın qapıçısı Tibo Kurtua zədəsini sağaldıb.
Komanda.az xəbər verir ki, bu barədə qolkiper özü məlumat yayıb. O, Madrid təmsilçisi ilə ümumi məşqlərə qatıldığını bildirib.
Kurtua məşqdən video paylaşaraq belə yazıb:
“Butsları geyinib meydançaya çıxmaqdan aldığım enerjini təsvir etmək mümkün deyil”.
Kurtua zədə səbəbindən ötən ilin avqustundan bəri meydana çıxmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin