
Kurtuanın məşqlərə başlayacağı vaxt məlum oldu
“Real”ın qapıçısı Tibo Kurtua martın 19-da zədələndikdən sonra məşqlərə nə vaxt qayıdacağını deyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı qolkiper aprel ayının sonunda məşqlərə qoşulacağını bildirib:
“Ayın sonunda mən yenidən qrupla məşq edəcəm”.
Kurtua bu mövsümün əvvəlində aldığı çarpaz bağ zədəsini sağaltdıqdan dərhal sonra yenidən zədələnib.
31 yaşlı futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin